Yuxarı

Avrokomissiyanın iki komissarı Azərbaycana gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasında iştirak etmək üçün Bakıya gəliblər.

Bu barədə Axar.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək və Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivlərini müzakirə etmək üçün fürsət olacaq.

K.Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edir – onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər.

Komissar həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz ilə görüşəcək.

O.Varhelyi Bakıda olarkən bir sıra ikitərəfli görüşlər keçirəcək, iyulda baş tutan son səfəri zamanı təqdim olunan Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının və onun Azərbaycan üzrə flaqman təşəbbüslərinin icrası, habelə ikitərəfli münasibətlərin əsas məsələləri ilə bağlı müzakirələr aparacaq.

O.Varhelyi bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, sabah isə iqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla (görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək) görüşəcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Komissar, həm də energetika naziri Şahbazovla birlikdə Trans-Adriatik Boru Kəmərinin İdarəedici direktoru Luka Şchieppati və bir sıra Qərbi Balkan ölkələrinin nazirləri ilə görüşəcək. Səfərin audiovizual materialları EbS-də olacaq.

Tarix
2022.02.03 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla