Yuxarı

Erməni “arzusu”: Ərdoğan uduzsun, hücum edək... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni “arzusu”: Ərdoğan uduzsun, hücum edək... - Video

12:59

Erməni revanşistlər deyirlər ki, Ərdoğan 2023-cü ildə Türkiyədəki prezident seçkisində qalib gəlməsə, Ermənistan Azərbaycana hücum edəcək. Bu revanşistlərə xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş ərazilərini türk ordusu yox, Azərbaycan Ordusu azad edib.

Axar.az xəbər ki, bu fikirləri rusiyalı siyasi analitik İqor Dmitriyev bölüşüb.

“Radikallar sərhədlərin delimitasiyasına qarşı çıxırlar, çünki bu, onların “miatsum” ideyasına ziyan vurur. Amma onların özləri 30 ildir ki, Qarabağı nə müstəqil edə bilib, nə də Ermənistanın tərkibinə salıb.

İndi erməni revanşistləri Ərdoğanın Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkisində məğlub olmasını arzulayırlar. Və deyirlər ki, guya bundan sonra onlar Azərbaycana hücum edəcəklər. Birincisi, Türkiyənin hazırkı Prezidentinin məğlub olacağı heç də inandırıcı deyil. İkincisi, ölkədə hakimiyyətə başqa lider gəlsə belə, Türkiyə bundan sonra Türkiyə olmayacaqmı? Üçüncüsü, məhz Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib, Türkiyə ordusu yox! Azərbaycanın işğal olunmuş ərazilərini türk ordusu deyil, Azərbaycan Ordusu azad edib. Təxribat olsa, Azərbaycan Ordusu bu revanşistləri yenidən məhv edəcək", - deyə rusiyalı ekspert bildirib.

Tarix
2022.02.16 / 16:16
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla