Yuxarı

İrəvan rubla “keçdi”: AB sanksiya tətbiq edə bilər?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan rubla “keçdi”: AB sanksiya tətbiq edə bilər?

Rusiya Prezidenti Vladimir Putin “dost olmayan ölkələrə” qaz nəqli üçün ödənişləri rublla köçürməyi şərt olaraq irəli sürüb. Yəni, bu tapşırıq məhz Rusiyaya dost olmayan ölkələrə aid edilib. Ermənistan isə Rusiyadan aldığı qazın pulunun rublla ödənişini öz təşəbbüsü ilə həyata keçirdiyini deyir. Təbii ki, Avropa Birliyi rəsmi İrəvanın bu addımına qarşı sanksiya tətbiq edə bilər.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

“Ermənistan AB ilə əməkdaşlıq edir, müvafiq layihələri də var. İrəvan rəsmilərinin verdiyi bu qərar isə AB ilə əməkdaşlığa və ortaq layihələrə təsir göstərə bilər. Amma burda başqa bir məqam da var: ikili standart siyasəti. AB-nin bizim regionla bağlı ikili siyasətinin canlı şahidiyik. Ona görə də Avropa Ermənistanın bu qərarına qarşı sanksiya tətbiq etməsə, heç də təəccüblənmərəm. Təbii ki, son qərarı AB verəcək. Çünki ortada tətbiq olunan sanksiya və bu sanksiyadan yayınmağa köməklik cəhdi varsa, düşünürəm ki, bu, Ermənistan üçün nəticəsiz qalmayacaq”, - o bildirib.

Tarix
2022.04.16 / 08:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla