Yuxarı

Türkiyənin NATO-dan tələbləri – Türk professor

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə razı olması qarşılığında NATO-ya öz şərtlərini irəli sürməsi haqqında sözügedən məlumat hələ ki, rəsmi şəkildə öz təsdiqini tapmayıb. Amma dəqiq olan odur ki, Türkiyə ölkəmizin bütövlüyünə təhdid olan PKK, YPG kimi terror təşkilatlarına verdiyi dəstəyə görə İsveç və Finlandiyanın NATO üzvü olmasına qarşıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin NATO-ya İsveç və Finlandiyanın NATO üzvlüyü üçün şərtlər irəli sürməsi haqda yayılan məlumatı şərh edən Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, professor Mehmet Akif Okur deyib.

“Təşkilatın ilk üzvlərindən olan Türkiyəyə qarşı sanksiyalar hazırda da gündəmdədir. Əgər NATO-nun gələcəyi, genişlənməsi müzakirə edilirsə, daxildə yığılıb qalan problemlərin də yenidən gündəmə gəlməsi və Türkiyənin haqlı tələblərini dilə gətirməsi də normaldır. Ancaq qeyd etdiyim kimi, hələlik hansısa şərtlərin rəsmi şəkildə NATO-ya təqdim edilməsi ilə bağlı Ankaradan açıqlama verilməyib. Bütün hallarda Türkiyə öz tələblərində haqlıdır və alyans, eyni zamanda İsveç və Finlandiya onları yerinə yetirməlidir”, - professor bildirib.

Alim baş verən proseslərin Türkiyə və Rusiya əlaqələrinə təsirindən də bəhs edib:

“İndiki məqamda Türkiyənin NATO-dan uzaqlaşaraq Rusiya ilə yaxınlaşacağını düşünmürəm. Çünki Moskva ilə yaxınlaşma üçün daha radikal dəyişikliklərin baş verməsi lazımdır. NATO-nun isə qarşıda hansı addımları atacağını görəcəyik”.

Tarix
2022.05.18 / 13:38
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla