Axar.az
Yuxarı

Ermənistanla sülh sazişi imzalamaq istəyirik - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, Gitanas Nauseda ilə geniş tərkibdə görüş zamanı regional vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi geniş müzakirə edilib:

"Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var", - Prezident vurğulayıb.

Tarix
2022.05.18 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ceyhun Bayramov İrana səfər edəcək

Laçında nə baş verir? - Əməliyyatı zəruri edən səbəblər

Kabanyan məxfi məlumat bölüşdü: 6 km Bakıya keçdi...

Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul etdi

Qərb standartlı dövlət qurmağa xalqımız hazır deyil

Azərbaycanın səyləri buna yönəlib - Deputat

Bakı və Moskva arasında siyasi məsləhətləşmələr keçirildi

Prezident Bakıda konfransda iştirak etdi - Video

Qarabağda quruculuq işləri genişlənir - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla