Axar.az
Yuxarı

Bayramov Şimali Makedoniya XİN başçısı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, habelə əlaqələrin daha da inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən irəli gələrək dialoqun davam etdirilməsi razılaşdırılıb. Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu və həmin potensialdan istifadənin vacibliyi qeyd olunub.

Bölgədəki son vəziyyət haqqında həmkarını məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirilən təcavüz siyasətinin ağır nəticələrindən, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət və Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atdığı addımlar barədə danışıb.

Görüşdə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq ifadə olunub.

Görüşdə regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2022.05.20 / 15:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanda Bakının “ərazi iddiası” panikası yaşanır

XİN rəhbəri alman alimi qəbul etdi

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycan və Yaponiya XİN-ləri arasında görüş oldu

Mişelin Əliyevə zəngi: Aİ nədən narahatdır?

Bu Hərəkat Azərbaycana qarşı bəyanatı blokladı

Prezidentin Fuad Muradovla bağlı sərəncamı…

Ceyhun Bayramov Abdullahianla görüşdü

İlham Əliyev Cozef Baydenə məktub göndərdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla