Yuxarı

İraq həbsxanasındakı 2 uşaq Azərbaycana gətirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəyə repatriasiyası həyata keçirilib.

Bu barədə Axar.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi tərəfindən onların Azərbaycan Respublikasına repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin olunub.

Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdiriliblər. Müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Belə ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.

Tarix
2022.05.25 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla