Yuxarı

İlham Əliyev Zurabişvilini təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Zurabişvilini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Prezident,

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub. Bu il isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə əlamətdardır – biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın genişlənməsi və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi sevindirir.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə töhfə verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm".

Tarix
2022.05.25 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla