Yuxarı

Hulusi Akar Azərbaycana gəldi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 27-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə, həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsevər, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Həsən Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan Özbal, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağcı və digər rəsmilər iştirak edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, gələcəkdə də bu istiqamətdə görülən işlərin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən H.Akar 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, “Teknofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin, eləcə də birgə təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Tarix
2022.05.27 / 20:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla