Yuxarı

Rusiya XİN-dən Azərbaycanla bağlı bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya XİN-dən Azərbaycanla bağlı bəyanat

Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfəri ilə bağlı məlumatında deyilir.

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”, - nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, Sergey Lavrovun Bakıya səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Bildirilir ki, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Tarix
2022.06.23 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla