Yuxarı

Kamran Əliyev Belarusda işgüzar səfərdədir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamran Əliyev Belarusda işgüzar səfərdədir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə səfərə gedib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, səfərin ilk günü ölkəmizin Belarusdakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Belarus Baş Prokurorluğu ilə ikitərəfli görüş keçirilib.

Belaruslu həmkarı Aleksandr Şvedə qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də reallaşdırılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi ilə bağlı tədbirlər və əldə olunmuş nailiyyətləri haqqında ətraflı məlumat verilib.

Belarusun Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Şved iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirib, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində ümumi marağın mövcudluğunu vurğulayıb.

Görüşdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev iştirak edib.

Həmçinin Baş prokuror Kamran Əliyev qazaxıstanlı həmkarı Berik Asılovla görüş keçirərək qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən ötən ilin noyabr ayında Bakıda təsis edilmiş Türk Dövlətlərinin Baş Prokurorlar Şurası platforması çərçivəsində və prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıb.

Nümayəndə heyətinin Belarusa səfəri davam edir.

Tarix
2022.06.23 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla