Yuxarı

İlham Əliyev: Rusiyanın fəal səylərinə ümid bəsləyirik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: Rusiyanın fəal səylərinə ümid bəsləyirik

Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq", - İlham Əliyev əlavə edib.

Tarix
2022.06.23 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm forum başladı: Prezident çıxış etdi - Foto

Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq

Sülhdən daha yaxşı heç nə yoxdur - Prezident

ABŞ-ın hücumu: İran hökuməti çökmür...

Bu fotodan dəqiqələr sonra Şuşa əməliyyatı başladı - Faktlar

Bu səfər AB-nin ölkəmizə verdiyi önəmin ifadəsidir

Antonio Koştanın Azərbaycana səfəri başa çatdı

Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır!

Niyə Müctəba Xamenei rəhbər seçildi? – SEPAH-ın planı

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla