Yuxarı

Azərbaycan səfirləri Nyu York meri ilə görüşdülər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan səfirləri Nyu York meri ilə görüşdülər

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb.

Axar.az Report-a istinadla xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb.

Şəhər meri ABŞ-ın əhalisinə görə ən böyük şəhəri olan Nyu-Yorkda yaşayan Azərbaycan icmasının aktiv fəaliyyətindən danışıb, müxtəlif peşə sahələrində çalışan həmyerlilərimizin şəhərin müxtəlifliyinə və zənginliyinə töhfə verdiklərini deyib.

Görüşdə yaxın gələcəkdə təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə reallaşdırılacaq layihələr ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tarix
2022.06.27 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla