Yuxarı

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, baş katibi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Hüseyn İbrahim Tahanın bu önəmli vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Nazir Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu günədək təşkilatla çox fəal əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə dəstək verdiyi, keçmiş münaqişənin həlli ilə bağlı, habelə post münaqişə mərhələsində müvafiq qətnamələrin qəbul edildiyi minnətdarlıqla vurğulanıb.

Baş katib Hüseyn İbrahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə keçirilmiş görüşə məmnunluqla istinad edib. Baş katib İƏT Turizm nazirlərinin konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan təbrik edib.

Nazir Ceyhun Bayramov Baş katibin şəxsən bu konfransda iştirakının tədbirə öz müsbət töhfəsini verdiyini bildirib. Azərbaycanın İƏT, habelə onun rəhbərliyi altındakı digər təşkilatlarla bundan sonra da səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov İƏT rəhbərinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. O, səfəri çərçivəsində Baş katibin azad olunmuş ərazilərə getməsinin buradakı vəziyyətlə, o cümlədən onilliklər boyu Ermənistan tərəfindən törədilən dağıntılar və hazırda Azərbaycan tərəfindən aparılan quruculuq işləri ilə yaxından tanış olmaq üçün yaxşı imkanı yaradacağını söyləyib.

Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, dünyada cərəyan hadisələr fonunda, xüsusilə də islam ümmətini narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2022.06.28 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla