Yuxarı

Mişelin Əliyevə zəngi: Aİ nədən narahatdır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mişelin Əliyevə zəngi: Aİ nədən narahatdır?

Şarl Mişel telefon danışığında Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi haqda qeyd edib.

“Şarl Mişelin bu zəngi son vaxtlar Kremlin fəallaşmasından və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya etdiyi səfərlərdən narahatlığa işarədir. Brüssel şübhələnir ki, Moskva işi pozmaq və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı fəal vasitəçiliyini minimuma endirməyə çalışır. Bəli, Kremlin əsas məqsədi elə budur. Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır. Əgər Bakı və İrəvan bu vasitəçilikdən yararlanmaqda davam etsələr, Kreml Avropa İttifaqını oyundankənar vəziyyətə sürükləyə bilməyəcək”, - politoloq qeyd edib.

Tarix
2022.07.04 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla