Yuxarı

BMT-dən səfirliyə hücumla bağlı açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən səfirliyə hücumla bağlı açıqlama

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə Stefan Düjarrik Report-a açıqlamasında deyib.

“Bu məsələyə BMT Təhlükəsizlik Şurası münasibət bildirməlidir. BMT bütün dünyada diplomatik binalara hörmətlə yanaşmağın vacibliyinə inanır”, - Stefan Düjarrik vurğulayıb.

“Mən bununla bağlı xəbərlərlə mətbuatda tanış oldum. Baş verənlərlə bağlı hər hansı təfərrüatlı birinci əldən məlumatım yoxdur. Ümumi prinsip bəyanatımız olaraq deyə bilərəm ki, BMT bütün dünyada diplomatik binalara hörmətlə yanaşmağın vacibliyinə inanırıq”, - BMT baş katibinin sözçüsü əlavə edib.

Qeyd edək ki, radikal dini dəstə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandallıq aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Tarix
2022.08.05 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla