Yuxarı

Prezident Konyada Fələstinin baş naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Konyada Fələstinin baş naziri ilə görüşdü

17:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi qəbul edib.

Axar.az xəbər verir ki, Məhəmməd Ştayyeh Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.

Məhəmməd Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi həmrəyliyə, verdiyi dəstəyə və humanitar yardımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Baş nazir İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi vurğuladı. Fələstin Dövlətinin Baş naziri Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini çatdırdı. Ştayyeh Azərbaycanın Fələstində səfirliyinin açılması ilə əlaqədar məsələ qaldırdı.

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu qeyd etdi. Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini və onunla təmaslarını məmnunluqla xatırlayaraq siyasi, iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev fələstinli tələbələrin ölkəmizdə təhsil almasına toxunaraq, onlara dövlət tərəfindən ayrılan qrantları vurğuladı və Azərbaycanın bu qrantları artırmağa hazır olduğunu bildirdi.

Tarix
2022.08.09 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla