Yuxarı

Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.

Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib.

“Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün “Qisas” əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı vasitəçi tərəfindən edilən müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı”, - XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir:

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”.

Tarix
2022.08.09 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla