Yuxarı

Azərbaycanın bunu bütün dünyaya göstərdi - Tatar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın bunu bütün dünyaya göstərdi - Tatar

Bütün haqlı mübarizəsində Azərbaycanın yanındayıq.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Report-a açıqlamasında deyib.

“Azərbaycan xalqının tarixi ərazilərinə qovuşması bu günü, sabahı üçün həddedici rol oynayırdı. Qarabağda Azərbaycan əsgəri tarixi torpaqlarını Ermənistanın işğalında azad etmək üçün 44 gün savaşanda biz Kiprdə Azərbaycan xalqı üçün dualar edirdik. Azərbaycanın öz tarixi torpaqlarını necə rəşadətlə və əzmlə geri aldığını bütün dünyaya göstərdi”, - Tatar bildirib.

Onun sözlərinə görə, bu qələbə həm də Şimali Kipr Türk Respublikasında qeyd edilib:

“Azərbaycanın zəfəri bizim zəfərimiz oldu və indi ölkəmizdə Azərbaycanın müstəqillik gününü öz müstəqilliyimiz kimi qeyd edirik.

Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman söylədiyi gözəl bir söz var - dünya beşdən böyükdür. Əgər söz sahibi olan güclər ədaləti bərpa etmək istəmirlərsə, bunu özümüz etməliyik. Türkiyə lideri bildirib ki, Azərbaycan sülh və barış çağırışı etdiyi halda, Ermənistanın yenə də, təxribata əl ataraq sərhəddə hücum etməsi qəbuledilməzdir. Azərbaycan şəhid verdi. Bu mənfur hücumu qınadıq, Kipr xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Ermənistan reallıqla barışıb, öz işğalçı siyasətinə son verməlidir”.

Tarix
2022.09.25 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla