Yuxarı

Zaxarova: Bakı və İrəvanla əlaqədəyik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarova: Bakı və İrəvanla əlaqədəyik

Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla əlaqədəyik.

Axar.az-ın Report-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsidir:

“Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. Hazırkı vəziyyətdə regionda iqtisadi-nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası daxil olmaqla, bütün istiqamətlər üzrə işlərin intensivləşdirilməsini vacib hesab edirik”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ermənistan tərəfinin atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat İsgəndərov yaralanıb.

Tarix
2022.09.29 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla