Yuxarı

Çavuşoğlu Bayramovla görüş üçün Aktauya getdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu Bayramovla görüş üçün Aktauya getdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüş üçün Aktau şəhərinə gedib.

Axar.az xəbər verir ki, nazir bununla bağlı Tvitter hesabında yazıb.

“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ikinci görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, sabah Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.

Tarix
2022.11.24 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla