Yuxarı

Makron faktiki olaraq Putinin əlinə oynayır – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron faktiki olaraq Putinin əlinə oynayır – Şərh

Paşinyanın Fransanı danışıqların tərəfinə çevirmək istəyi sülh prosesinə ziyan vurmaqla yanaşı, Avropa Birliyi kimi vacib, hər iki ölkə ilə imzalanmış sənədlərlə münasibəti, danışıqlar aparmaq səlahiyyəti, imkanları olan qurumu nüfuzdan salır.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

"Hazırda Azərbaycan XİN-nin diplomatiyasının üzərinə ciddi iş düşür. Bütün “de-fakto” və “de-yure” ittifaqları işə salaraq dünya siyasətində Ermənistanın Rusiyanın təkidi ilə sülh danışıqlarını pozmaq cəhdini, Moskvanın bölgədə yeganə moderator, “hakimi-mütləq” olmaq istəyini İrəvan vasitəsi ilə həyata keçirdiyini və Fransanın, Makronun da faktiki olaraq Rusiyanın, Putinin əlinə, marağına oynadığını hər gün hər bir müstəvidə, nüfuzlu media qurumlarında dilə gətirmək lazımdır.

İndiki geosiyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir. Belə ki, Qərbin iki əzəli düşməni Rusiya və İran Ermənistanın müttəfiqləri qismində çıxış edirlər. Fransa isə Kremlin maraqlarına uyğun AB və Vaşinqtonun sülh səylərini pozmaqla məşğuldur. Buna görə, bütün tribunalardan istifadə edilməli, bu tezislər dünya siyasətinin gündəliyinə salınmalıdır”, - Cəfərli bildirib.

Tarix
2022.11.25 / 17:38
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla