Yuxarı

Gördüklərimdən şok hissi keçirdim - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gördüklərimdən şok hissi keçirdim - Prezident

İndi Şuşa dəyişir, biz onu yenidən qururuq və bərpa edirik. Böyük bərpa işləri aparılır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Prezident İlham Əliyev bildirib:

“Mən müharibədən dərhal sonra Şuşanı ziyarət edəndə, Şuşaya çatanda hər birimizin hiss etdiyi bütün bu digər hisslərdən əlavə, qürur, ləyaqət hissi, eyni zamanda, uzun illərdir ki, orada ola bilmədiyimizlə bağlı təəssüf hissi keçirdim. Məni şok vəziyyətinə salan bir hiss o idi ki, əgər onlar Şuşanın onların şəhəri olduğunu düşünürdülərsə, nəyə görə o belə pis vəziyyətdədir? Çünki öz şəhərinə belə münasibət bəsləyə bilməzsən. Bir tikili belə bərpa edilməmişdir və ya bir bina belə tikilməmişdir. Laçın yolu üzərində - o yola baxan yerdə yerləşən yalnız iki villa var idi. “De-fakto” Qarabağ rəhbərlərinin iki villası idi. Bu villalarda hovuz, manqal var idi. Bu iki villanı ziyarət edən hər kəs dırnaqarası Qarabağ rəsmilərinin riyakarlıq və kleptokratiya səviyyəsini görür. Çünki söhbət təkcə Şuşadan getmir. Mən işğal zamanı ermənilərin qanunsuz olaraq məskunlaşdıqları kəndləri dəfələrlə ziyarət etmişəm və gördüklərimdən şok hissi keçirmişəm".

"Azərbaycanın heç bir yerində belə xarabalıq tapmazsınız. Mütləq yoxsulluq idi. Sanki ötən əsrin 60-cı və 70-ci illərinə geri qayıdırsan. Mənim sualım isə ondan ibarətdir ki, ermənilərin hər il topladığı milyonlarla, milyardlarla dollar haradadır? Hər il onlar Amerikadan, Fransadan və dünyanın digər ölkələrindən olan ermənilərdən vəsait toplamaq üçün telemarafonlar keçirirdilər. Hər marafonda onlar əlli və ya yüz milyon ABŞ dolları toplayırdılar. Bu pullar haradadır? Özlərini donor kimi qələmə verən dırnaqarası erməni xeyriyyəçilərinin pulları haradadır? Şuşanı ziyarət edən hər kəs onun qədim Azərbaycan şəhəri olduğunu bilir və indi şəhər kimə məxsus olmalıdırsa, ona - bizim xalqımıza məxsusdur", - dövlət başçısı qeyd edib.

Tarix
2022.11.26 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla