Yuxarı

Tatarıstan prezidenti Azərbaycana gəldi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tatarıstan prezidenti Azərbaycana gəldi - Foto

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bakıya gəlib.

Axar.az xəbər verir ki, o, Azərbaycanın paytaxtında Tatarıstan-Azərbaycan biznes forumunda iştirak edəcək.

Minnixanovun sənaye müəssisələrinin rəhbərlərindən, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə təşrif buyurduğu bildirilib.

Tatarıstan prezidenti artıq Bakıda Azərbaycanın tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb.

“Tatarıstan və Azərbaycan tarixən isti dostluq münasibətlərinə malikdir. Burada yaşayan soydaşlarımız isə dilin, adət-ənənələrimizin, mədəniyyətimizin qorunub saxlanmasına böyük töhfələr verirlər”, - deyə Minnixanov görüş zamanı bəyan edib.

Onu da xatırladaq ki, bu günlərdə Qabdulla Kariyev adına Kazan Tatar Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir. Bundan əlavə, Bakıda Volqaboyu Bulqarıstanın İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş sərgi keçirilir.

Maraqlıdır ki, Rusiyanın getdikcə daha çox regionu Azərbaycanla birbaşa əməkdaşlığı inkişaf etdirir.

Tarix
2022.11.28 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla