Yuxarı

Ceyhun Bayramov Polşada Borrellə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Polşada Borrellə görüşdü - Foto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borrell ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, habelə energetika sahəsində əldə edilmiş razılıqların icrası müzakirə olunub.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəlilədilməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə fikir mübadiləsi aparılıb.

Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığı diqqətə çatdırılıb. Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib.

Josep Borell, öz növbəsində Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin böyük inkişaf potensialının olduğunu qeyd edib. Avropa İttifaqının normallaşma prosesi üzrə səylərə dəstəyini davam etdirmək niyyətində olduğunu bildirib.

Tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Tarix
2022.12.01 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla