Yuxarı

Ceyhun Bayramov yaponiyalı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei görüşüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu, coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.

Görüşdə siyasi məsləhətləşmələr mexanizminin, habelə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, alternativ enerji mənbələrindən istifadənin potensialının artırılması, iri investorlar üçün münasib olan Ələt Azad İqtisadi Zonasına sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq imkanlarından bəhs edilib. İşğaldan azad olunmuş ərazilərdə Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakı təşviq olunub.

Nazir Ceyhun Bayramov, həmkarına bölgədə mövcud cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verib. Nazir, eyni zamanda ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan söz açıb.

Görüşdə tərəflər, Yaponiyanın 2023-cü ildə BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində mümkün əməkdaşlıq, həmçinin qlobal bə regional aktual mövzular və təhdidlər ətrafında fikir mübadiləsi aparıb.

Tarix
2022.12.02 / 17:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla