Axar.az
Yuxarı

Bəhreyndə ÜGT-nin sessiyası keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreynin Manama şəhərində dekabrın 5-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyası öz işinə başlayıb.

Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir: “Siyasi Komissiyanın 24 üzv dövlətlərinin nümayəndələrinin qatıldığı sessiyanın açılış mərasimində Bəhreyn Krallığının daxili işlər naziri Şeyx Rəşid bin Abdullah bin Əhməd Əl Xəlifə çıxış edib. Sessiya gündəliyinin qəbulundan sonra ÜGT Şurasının sədri Şeyx Əhməd bin Hamad Əl Xəlifənin məruzəsi dinlənilib, ÜGT Baş katibi Kunio Mikuriya Strateji planın tətbiqi üzrə tərəqqi hesabatını təqdim edib. Sessiyanın ilk günündə “ÜGT-nin 2022-2025-ci illər üzrə strateji planı və 2023-2024-cü illər üzrə icra planı”, “Təşkilatın maliyyə perspektivləri”, “Yaşıl gömrük”, “Hibrid gömrük idarələrinə doğru inkişaf” və “ÜGT-nin məlumat strategiyası: məlumat və statistika üzrə işçi qrupun fəaliyyəti haqqında yenilənmiş məlumatlar” mövzusunda hesabatlar dinlənilib, müzakirələr aparılıb”.

Sessiyada “Yaşıl gömrük” mövzusu ilə bağlı müzakirələrdə çıxış edən Ş.Bağırov ətraf mühitə ziyan vuran, dünyada ekoloji tarazlığın pozulmasına səbəb olan problemli sahələrdən birinin də minalanmış ərazilərin olduğunu bildirib, Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında yer aldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, 30 il ərzində işğal altındakı ərazilərimizdə minaların basdırılması regionda ekoloji vəziyyətə ciddi təhdid olmaqla yanaşı, dinc sakinlərin həlak olması və yaralanması kimi faciələrə də səbəb olub: “Azərbaycan ekoloji vəziyyəti bərpa etmək üçün işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı minatəmizləmə əməliyyatları həyata keçirilir. Amma bu cür əməliyyatlar regionda irəliləyiş baxımından ölkələr üçün böyük səylər və həqiqətən də əhəmiyyətli xərclər tələb edir. Xüsusən də minatəmizləmə əməliyyatlarında yüksək texnoloji avadanlıqlar tələb olunur”.

Məhz bu zəruri məsələyə diqqət çəkən Ş.Bağırov bütün üzvləri ətraf mühitin qorunması üçün çox vacib olan bu problemə diqqət yetirməyə çağırıb.

Eyni zamanda, “Hibrid gömrük idarələrinə doğru inkişaf” mövzusunda da söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜGT-nin katibliyinə bu istiqamətdə görülmüş işlərlə bağlı təşəkkürünü bildirib.

Vurğulanıb ki, COVID-19 pandemiyası ənənəvi iş metodunun artıq o qədər də effektiv olmadığını bir daha sübut edib və gömrük administrasiyaları üçün yeni çağırışları formalaşdırıb: “Məhz məsafədən işləmə baxımından hibrid gömrük administrasiyalarına təkcə texnologiya yox, həm də əməkdaşların potensialının gücləndirilməsi olduqca vacibdir və Azərbaycan gömrük xidməti insan kapitalının inkişafı istiqamətində yeni siyasət aparır”.

Üç gün davam edəcək sessiya çərçivəsində “ÜGT-nin məlumat strategiyası: saxlanılmalara dair məlumatların toplanması və təhlili”, “ÜGT-nin həssas sərhədlər üzrə fəaliyyət planı və qlobal konfransı”, “Qanunsuz ticarət və digər beynəlxalq təşkilatların fəaliyyəti”, “Gender bərabərliyi və müxtəliflik - tərəqqi hesabatı”, “ÜGT-nin seçki proseslərinə dair təlimatlar - icraya dair yenilənmiş məlumatlar”, “ÜGT-nin modernləşdirmə planının hazırlanması üzrə tərəqqi hesabatı”, “Baş katibin seçkiləri üzrə davranış kodeksi” və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Siyasi Komissiya ÜGT-nin siyasətinə dair tövsiyələri və strateji planını hazırlayan orqandır və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Siyasi Komissiyanın 24 üzvündən biridir.

Tarix
2022.12.06 / 01:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrail tələsir: Əgər İran nüvə silahı əldə etsə…

İsrail darmadağın etdi: İran Bakını ittiham edəcək?

Bakı və İrəvan arasında vasitəçi olmağa hazırıq - Sisi

İlham Əliyev Macarıstana getdi

İsrail İranda niyə nüvə yox, dron mərkəzini vurdu?

Səfirliyə hücumla eyni gündə baş verənlər… - Politoloq

Abdullayeva Fransa Senatının komitə sədri ilə görüşdü

Bayramov Muhriddinlə danışdı: Səfirliyimizə hücum...

Misirlə terrorçuluğa qarşı birgə mübarizə... - Əliyev

İlham Əliyevdən sülh müqaviləsi ilə bağlı açıqlama

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla