Yuxarı

Prezident İqor Babuşkini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident İqor Babuşkini qəbul etdi

12:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib və bu əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin inkişafında rolunu qeyd edib. Rusiya ilə ikitərəfli münasibətlərin 2022-ci ildə də uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğuladı. Azərbaycanla Həştərxan vilayəti arasında ənənəvi qonşuluq əlaqələrinin mövcudluğuna toxunan dövlətimizin başçısı əməkdaşlıqla bağlı planların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən İqor Babuşkin Rusiya Federasiyasının Həştərxan vilayətinin ölkəmizlə əməkdaşlığının uğurla davam etdiyini deyərək, bu ilin 9 ayının nəticələrinə əsasən, yükdaşımalarının 4 dəfə artmasını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi, eyni zamanda, ixrac və idxal məhsullarının çeşidinin genişləndiyini diqqətə çatdırdı. Qonaq Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğulayaraq Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsi işinə töhfə verdiyini məmnunluqla qeyd etdi.

Görüşdə Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, gələn il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Həştərxanda bir sıra tədbirlərin keçiriləcəyi bildirildi.

Söhbət zamanı humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2022.12.07 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla