Yuxarı

Böyük Qayıdış üçün bu qədər vəsait yönəldiləcək – Baş nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Qayıdış üçün bu qədər vəsait yönəldiləcək – Baş nazir

Böyük Qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcək.

Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Fəxr edirik ki, iki il bundan əvvəl əzəli torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə işğdaldan azad edilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra qlobal iqtisadi prosesləri nəzərə alaraq 2021-ci ildə imzaladığı sərəncamı ilə 2030-cu ilə qədərki sosial inkişafla bağlı milli prioritetləri təsdiq edib. Bu, qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı olmasını təmin edir”, - baş nazir əlavə edib.

Ə.Əsədov vurğulayıb ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış bizim üçün böyük rəmzi məna daşıyır:

“Artıq azad edilən ərazilərdə qayıdışın birinci dövlət proqramı təsdiq edilib. İlkin hesablamala görə inkişaf strategiyasının icrası məqsədilə 32,7 milyard manat vəsait tələb olunur ki, bunun da 19,2 milyard manatı işğaldan azad edilən ərazilərə Böyük qayıdışın təmin edilməsinə yönəldiləcək”.

Tarix
2022.12.09 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla