Yuxarı

Bu, Bakıya qarşı açıq müharibə elanıdır - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə keçirilən mitinq Vardanyanın timsalında separatçı-terrorçu rejimin “tərəf” olaraq qəbul etdirilməsi istiqamətində ikinci cəhddir:

Birincisi, oktyabrın 30-da edildi: eyni gündə Soçidə Əliyev-Putin-Paşinyan görüşü keçirilirdi və İrəvan və Qərbdə bəlli ölkələrin dəstəklədiyi, Moskvanın təşkilinə yardım etdiyi mitinqlə Bakıya “əzələ nümayişi” etdirildi;

İkincisi, bu gün – Sankt-Peterburqda gözlənilən görüşdən öncə edildi: 26-27 dekabr tarixində İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakı gözlənilir, üçtərəfli görüş planlaşdırılmasa da, Putin-Əliyev görüşünün olacağı və Rusiyanın Laçın yolundakı aksiyanı da müzakirəyə çıxaracağı istisna deyil; Və mitinq ruslara Əliyevin “Vardanyan kartı”nı qəbul etməməsinə qarşı “erməni əhalisi Rubenin liderliyi altında birləşib” tezisini irəli sürmək imkanı yaradacaq;

Əliyevin Laçın yolu ilə bağlı “mövqeyimiz zərrə qədər də dəyişməyəcək” mesajı da bu həftə məsələni müzakirəyə çıxaracaq Qərb ölkələri ilə yanaşı, həm də Rusiyada mümkün görüşdən öncə Moskvaya ünvanlanmışdı.

Xankəndi mitinqi eyni zamanda Avropada Azərbaycana qarşı planlaşdırılan müzakirələrə “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürməyə də hesablanıb. Və bəllidir ki, Vardanyan kütləviliyi təmin etmək üçün “əlindən gələni” etdi.

Ən riskli məqam Laçın yolu məsələsində, ümumilikdə Qarabağdakı separatçı-terrorçu rejimin müdafiəsində bütün tərəflərin – Qərb ölkələri, Ermənistan və Rusiyanın ortaq mövqeyə malik olmasıdır. Vardanyanın özündən əmin davranışlarının arxasında da bu dəstək dayanır.

Ruben mitinqdə deyib ki, üç yolları var: “birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncüsü, döyüşürük. Mən tabe olmayacam, getməyəcəm, burada qalıb döyüşəcəm”.

Bu, Bakıya qarşı açıq müharibə elanı etməkdir. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla, üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər.

Tarix
2022.12.26 / 09:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla