Yuxarı

Bakı Tehrana bu tələbi irəli sürməlidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Tehrana bu tələbi irəli sürməlidir

İbrahim Rəisi Azərbaycan səfirliyinə hücumu araşdırmağı tapşırıb, lakin bu “araşdırmanın” nəticəsi əvvəldən bəllidir: terror aktı yox, “məişət zəminində” baş vermiş hücum olaraq müəyyən edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Onun sözlərinə görə, Tehranın hücumun ilk saatından sərgilədiyi münasibət, terrorçudan alınan müsahibə, İran mediasının “məişət hadisəsi” üzərindən apardığı kampaniya və s. nəticəni də öncədən göstərir:

“Azərbaycan istintaq prosesində iştirak tələbini irəli sürməlidir. Türkiyədə Rusiya səfiri qətlə yetiriləndə istintaqı Ankara və Moskvanın birgə qrupu həyata keçirmişdi. Tehran həqiqətən də hücumun arxasında deyilsə, o zaman, Bakıdan göndərilən istintaq qrupunun iştirakına şərait yaratmalıdır. Ki, buna razı olacaqları ehtimalı da zəifdir”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Tarix
2023.01.28 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla