Yuxarı

Sisinin rəsmi qarşılanma mərasimi oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sisinin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verdi.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Tarix
2023.01.28 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla