Yuxarı

Lavrovun açıqlamasında “sevinməli” nə var?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun açıqlamasında “sevinməli” nə var?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna bu yaxınlarda verdiyi şərhlə bağlı bəzi “politoloqlarımızın” sevincini, həqiqətən də, başa düşə bilmirəm.

Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etməsi və Azərbaycanın öz ərazilərini qaytardığı haqda son açıqlaması ətrafında şərhlərə reaksiyasında deyib.

“Rusiyanın xarici işlər nazirini diqqətlə dinləsəniz, aydın olur ki, o, ilk dəfə olaraq Ermənistanın “qondarma Dağlıq Qarabağ Respublikası” ətrafındakı 7 inzibati rayonu işğal etməsi faktını rəsmən tanıyıb.

Sual yaranır ki, məgər “qondarma Dağlıq Qarabağ Respublikası”nın ərazisi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmayıb?

Bəs Azərbaycan Respublikası ərazisini Ermənistan ordusunun ələ keçirməsi və orada olması ətrafdakı 7 rayonun işğalı ilə eyni işğal deyilmi?

Buna görə də qənaətim sadədir - yenə də Rusiya Federasiyasının rəsmi mövqeyinin etnik motivli şərhi”.

Tarix
2023.02.03 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla