Yuxarı

İrəvanda müzakirə: Rus ekspertlərə ermənilərin cavabı…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda müzakirə: Rus ekspertlərə ermənilərin cavabı…

İrəvanda erməni və rusiyalı ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Rusiyalı ekspertlərin ümumi fikri bu olub ki, Ermənistan hakimiyyəti Rusiyanın əvəzinə Qərbi seçərsə, Kreml bu dövlətə kömək edə bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, erməni ekspertlər, əksinə, “bizi Azərbaycanın əlindən ala bilməsəz, Ermənistanı itirəcəksiniz” deyiblər:

“Erməni ekspertlər həm də ondan narahatlıqlarını dilə gətiriblər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Cənubi Qafqaza nəzarəti azalıb və Kreml Azərbaycana mane olmur.

Bu müzakirələrdən çıxan qənaət budur ki, Rusiya Ermənistanın itirilməsindən narahat deyil. Kreml İrəvana seçim imkanı verir. İrəvanın Qərbi seçəcəyi halda Rusiyanın itirəcəyi bircə Ermənistandakı hərbi bazasını oradan çıxartması olacaq. Ermənistandakı həmin hərbi baza Rusiyaya yükdən başqa bir şey deyil. Bunun əvəzinə Rusiya qazın qiymətini Ermənistana artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Qərbə qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin. Əksinə, Rusiya Ermənistan adlı ballastdan imtina etsə, bu, hamının xeyrinə olacaq. Əlbəttə, bu ideal variantdır”.

Tarix
2023.02.04 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla