Yuxarı

Lavrov “işğal” dedi, Mirzoyan qorxusundan susdu…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov “işğal” dedi, Mirzoyan qorxusundan susdu…

Simonyan və Mirzoyan ya nə danışacaqlarını başa düşməlidirlər, ya da son dərəcə ziddiyyətli mesajlar səsləndirdikləri üçün onlardan biri xarici siyasətdən danışmağı dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.

“Qoy bir gün əvvəl Simonyanın burada strateji müttəfiqi haqqında necə danışdığını və həmin strateji müttəfiq ölkənin xarici işlər naziri ilə görüşdə Mirzoyanın necə davrandığını və ya Simonyanın problemləri qaldırmaqdan necə çəkindiyini müqayisə etsinlər”, - o bildirib.

Mamicanyan qeyd edib ki, hakim partiya nümayəndələrinin bütün beynəlxalq formatlarda səslənən mesajları fonunda Rusiya XİN rəhbəri Lavrovla görüşdə Mirzoyanın susması ziddiyyətlidir:

“Lavrov Qərb və digər məsələlər barədə danışanda Mirzoyan susdu. Ya o, deyilən fikirlərlə razılaşdı, ya da əksini deməyə cəsarət etmədi. Ermənistan xarici işlər nazirinin yanında 30 illik işğal ifadəsi işlədilib və o, buna heç bir reaksiya verməyib. Dünən Lavrov bizim dəfələrlə dediyimizi bir daha dilə gətirdi: oktyabrın ortalarında (2020-ci il – red.) Paşinyanın müharibəni dayandırmaq imkanı var idi. Lavrov bu barədə Mirzoyanın iştirakı ilə danışıb. Mirzoyan bunu inkar etməyib. Bu, müəyyən edilmiş faktdır. Ermənistanın baş nazirinin kürsüsünü tutan Paşinyan çox şübhəli səbəblərdən oktyabrın ortalarında müharibəni dayandırmadı, baxmayaraq ki, bunun üçün imkan var idi”.

Tarix
2023.03.22 / 10:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla