Yuxarı

11 aprel təxribatına Ukraynadan baxış: İran PUA-sı ilə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 aprel təxribatına Ukraynadan baxış: İran PUA-sı ilə...

Sonuncu toqquşmaya görə təkcə onun səbəbkarı olan Ermənistan deyil, İrəvanı buna təhrik edən İran da məsuliyyət daşımalıdır.

Axar.az xəbər verir ki, bunu Report-a Ukraynanın tanınmış siyasi-hərbi şərhçisi, Silahlı Qüvvələrin zabiti Taras Berezovets bildirib.

Onun sözlərinə görə, Ermənistanın hücumunu nəticəsində üç azərbaycanlının şəhid olmasında İran PUA-larından istifadənin mümkünlüyü barədə məlumatlar narahatlıq doğurmaya bilməz:

“Rəsmi Tehran Qərbin sanksiyaları altında olduğu bir zamanda öz hərbi proqramlarını inkişaf etdirməyə çalışır. Buna misal kimi İranın Rusiyaya dron tədarük etməsi faktını göstərmək olar. Ermənistanın İran istehsalı olan PUA-lardan istifadə etməsi sübut olunarsa, onlara qarşı da sanksiyalar tətbiq oluna bilər. Çünki terrorçu Tehran rejimi ilə əməkdaşlığın əvəzi mütləq olmalıdır”.

Şərhçi deyib ki, İranın Cənubi Qafqazın iki suveren ölkəsi, Ermənistan və Azərbaycan arasında münasibətlərə müdaxilə etmək cəhdləri bu ölkənin nüfuzunu itirməsindən xəbər verir:

“Görünür İran “mollaları” hər vəchlə Avropadakı münaqişələrə təsir etməyə çalışır. Bura həm Rusiya-Ukrayna müharibəsini, həm də Ermənistan və Azərbaycanda arasında yeni toqquşma ocağı yaratmaq cəhdlərini göstərmək olar. Bu toqquşmaya görə təkcə onun səbəbkarı olan Ermənistan deyil, İrəvanı buna təhrik edən İran da məsuliyyət daşımalıdır. Beynəlxalq ictimaiyyət məsələyə müdaxilə etməli, BMT Təhlükəsizlik Şurası və ATƏT kimi orqanlarda nəzərdən keçirilməlidir”.

Tarix
2023.04.13 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla