Yuxarı

AB ilə Rusiyanın “Zəngəzur davası” qızışır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB ilə Rusiyanın “Zəngəzur davası” qızışır

Avropa Birliyinin Qərbi Zəngəzurda (Sünikdə) əməliyyat mərkəzlərinin yaradılması ilə bağlı bəyanatı Rusiyanın Qafanda baş konsulluq açmaq planına cavabdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Suren Surenyants deyib.

O bildirib ki, əslində, avropalı müşahidəçilər də İran konsulluğunun artıq fəaliyyət göstərdiyi və Rusiya konsulluğunun açılması nəzərdə tutulan Qafanda yerləşir:

“Mən yeni mərkəzlərin məhz geosiyasi rəqabət kontekstində açıldığını istisna etmirəm”.

O qeyd edib ki, AB-nin monitorinq missiyası müəyyən çəkindirici rol oynasa da, nə ritorika, nə də ilkin olaraq hakimiyyətin elan etdiyi fəaliyyət baxımından Azərbaycana kifayət qədər təsir etməyib.

AB-nin yeni mərkəzlər elan etməsi fonunda Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının rəhbəri Mixael Rottun da verdiyi açıqlama diqqət çəkib:

“Ümid edirik ki, Azərbaycan da öz tərəfində oxşar missiyanın fəaliyyətinə razılıq verəcək, lakin indiyədək Azərbaycandan heç bir nikbin siqnal almamışıq”.

Qeyd edək ki, ötən gün AB-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter AB missiyasının yaxın aylarda Cermuk, İcevan və Keşişkənddə üç əlavə əməliyyat mərkəzi açmağı və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətirməyi planlaşdırdığını bildirib.

Tarix
2023.06.08 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla