Yuxarı

Əli Əsədov Rusiya baş naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Rusiya baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.

Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb.

Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib.

Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.

Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd ediblər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndiriblər.

Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını də nəzərdən keçiriblər.

Tarix
2023.06.08 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla