Yuxarı

Batyanın sözləri Putinin Bakıya mesajıdır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Batyanın sözləri Putinin Bakıya mesajıdır?

Kreml sözçüləri Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tənqidi fikirlərinə etiraz edərkən, Moskvanın müttəfiqi, Belarus Prezidenti Lukaşenko İrəvanın təşkilatla bağlı iradlarını niyə əsaslı adlandırıb? Bu, Lukaşenkonun öz fikridir, yoxsa Kremlin Belarus prezidenti vasitəsilə Azərbaycana mesajıdır?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Belarus lideri Aleksandr Lukaşenkonun KTMT ölkələri xarici işlər nazirlərinin görüşündə Ermənistanın təşkilatla bağlı tələb və iradlarının əsaslı olması haqda sözlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir:

“Kreml Cənubi Qafqazı əldən vermək niyyətində deyil, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirməyə çalışır. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o, Ermənistan və Qarabağ separatçılarının əli ilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan Avropa Birliyi və ABŞ-ı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla, AB və ABŞ-la sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur. Putin özünün səsləndirə bilmədiyini Lukaşenkoya dedizdirir”.

Tarix
2023.06.22 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla