Yuxarı

Antiterror tədbirləri buna görə başladı - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antiterror tədbirləri buna görə başladı - Bayramov

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması təşəbbüsü məhz Azərbaycana məxsusdur. Bu istiqamətdə artıq xeyli vaxt ərzində işlər aparılıb və bir neçə raund danışıqlar keçirilib. Sülh müqaviləsinin layihəsi, bir sıra maddələrin razılaşdırılması üzrə də ilkin müsbət nəticələr var idi.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Report-a müsahibəsində bildirib.

"Eyni zamanda açıq bəndlər də kifayət qədər idi. Lakin son bir neçə ay ərzində danışıqlar prosesində bir qədər durğunluq yarandı və Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarının şahidi olduq. Biz onların sözləri, verdikləri vədlərlə sərgilədikləri yanaşma, atdıqları addımlar arasında ciddi fərq görürdük. Bunun ən bariz nümunələri kimi sentyabr ayının 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın qanunsuz, qondarma rejimi yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik etməsini, bununla bağlı ayrıca mesaj yaymasını, eyni zamanda Azərbaycan ərazilərində qanunsuz “prezident seçkiləri”nin keçirilməsini göstərmək olar. Bütün bunlar danışıqlar prosesinə ciddi bir zərbə vurdu", - deyə nazir bildirib.

C.Bayramovun sğzlərnə görə, hadisələrin bundan sonrakı inkişafı və daha sonra Ermənistanın hərbi təxribatlarını davam etdirməsi Azərbaycan Ordusunun sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri keçirməsini qaçılmaz etdi:

"Azərbaycan dövləti beynəlxalq və humanitar hüququn bütün normalarını gözləməklə, yüksək peşəkarlıqla və qısa müddət ərzində həmin tədbirləri yekunlaşdırdı. Bir gündən sonra antiterror tədbirləri dayandırıldı. Azərbaycanın legitim tələbləri Ermənistan nümayəndələri, qanunsuz qurumun rəhbərləri tərəfindən qəbul edildi.

Onlar eyni zamanda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda görüşün keçirilməsinə razılaşdılar. Biz bu görüşü uzun müddət əvvəl təklif etmişdik, bunun üçün dəvətlər verilmişdi. Nəhayət sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə ilk görüş baş tutdu".

Tarix
2023.09.23 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla