Yuxarı

Nikolun hücum planı – Bakı cavab hazırlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun hücum planı – Bakı cavab hazırlayır

Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib, buna görə Azərbaycanı “etnik təmizləmədə” ittiham edib. Ermənilərin kütləvi köçünün arxasındakı səbəblərdən biri də məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaq planı dayanır. Bu kampaniyada əsas motiv kimi “deportasiya” iddiası istifadə olunacaq, İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarına qayıtmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayır.

Hərçənd, ermənilərin Ermənistana qayıtması prosesinin təşkili Azərbaycanın mümkün kampaniyalara qarşı hazırlaşdığını göstərir:

- Humanitar yardımlar və tibbi ləvazimatların göndərilməsi;

- Polislərimizin ehtiyacı olan erməni sakinlərə yardım etməsi;

- “Laçın” sərhəd-keçid məntəqəsindən keçən ermənilərin media tərəfindən danışdırılması və etiraflarının sənədləşdirilməsi;

- Sərhədi keçənlərə, xüsusilə yanlarındakı azyaşlılara hərbçilərimiz tərəfindən isti münasibətin göstərilməsi və s;

Bütün bunlar Ermənistanın “etnik təmizləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür.

Tarix
2023.09.29 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla