Yuxarı

Azərbaycan İrəvan sərhədinə qədər gələ bilər - Nahapetyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İrəvan sərhədinə qədər gələ bilər - Nahapetyan

Alınan silahlarla bağlı hər hansı bəyanatda hərbi sirr var. İndi Ermənistan hakimiyyəti silah alıb-almamasından asılı olmayaraq, artıq memorandum imzalayaraq bildirib ki, silah alınması praktiki məsələdir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Nahapetyan deyib.

“Bu, onların təkəbbüründən xəbər verir. Eyni zamanda Azərbaycana imkan verir desin ki, Ermənistan özünü silahlandırır, Fransa Ermənistanı silahlandırır və bu, Ermənistanın Azərbaycana hücum etməsi üçün atılan addımdır. Bütün bunların fonunda Azərbaycan da elan edə bilər ki, Ermənistanın ona hücum etməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görəcək. Hətta İrəvanın sərhədinə qədər gələ bilər.

İndi bir sual vermək istəyirəm: məsələn, Ermənistanın KTMT-nin üzvü olduğu halda 2018-ci ilə qədər NATO üzvü olan ölkələrlə ciddi hərbi-texniki əməkdaşlıq etdiyini bilən varmı? Bu haqda kim bilirdi? Heç kim bu barədə danışmadı. Onların siyasəti belə işləyir.

İndi də silahla özlərini reklam edirlər, ancaq başa düşmürlər ki, Azərbaycan bunun üçün elə günü sabah çox sərt addım ata bilər.

Paşinyan da bəyan edib ki, Ermənistan heç bir qonşuya hücum etmək niyyətində deyil. Təsəvvür edirsinizmi, Gürcüstan, Türkiyə, İran və Azərbaycan liderləri həmin açıqlamanı görəndə necə gülüblər. Belə bir şeyi necə elan edə bilərsən? Heç kimə hücum etməyəcəyinizi deyirsiniz, dedikləriniz əsas götürülür, ancaq özünüzü silahlandırırsınız.

Bu silahları niyə alırlar? Yaxud, deyək ki, zirehli transportyorlar niyə alınıb? Bu, ilkin ehtiyac idi, yoxsa düşmənin ən mühüm məqsədlərinin qarşısını almaq üçün lazımdır? Məsələn, hava hücumunun qarşısını almaq prioritetdir? İstənilən münaqişədə müharibəni səmada mütləq üstünlüyə malik olan dövlət qazanacaq”.

Tarix
2023.11.20 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla