Yuxarı

İkitərəfli əlaqələrimizin tarixində əlamətdar hadisə... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkitərəfli əlaqələrimizin tarixində əlamətdar hadisə... - Prezident

İraq Prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirə apardıq. İndi isə biz nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsini davam etdirəcəyik. Gələn ay bizim nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik.

Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz".

Tarix
2023.11.20 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla