Yuxarı

Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Əli Əsədovun dekabrın 2-də Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktuma təbrik məktubunda deyilir.

Məktubda bildirilir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir:

“Bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır”.

Məktubda həmçinin Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.

Tarix
2023.12.02 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi

İlham Əliyev "Avaza" Kompleksində milli stendlərə baxdı

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla