Yuxarı

Paşinyan Azərbaycana qarşı təşəbbüsdən imtina etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Azərbaycana qarşı təşəbbüsdən imtina etdi

2023.12.04. 16:47

Ermənistan parlamentinin komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qadağanı ona görə dəstəkləməyib ki, əks halda bu, Azərbaycanla növbəti müharibəyə səbəb olacaqdı.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, hakim “Mülki müqavilə” fraksiyasından olan deputatlar müxalifətin təklifini neytrallaşdırıblar:

“Çünki onlar anlayırlar ki, erməni müxalifəti Baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün Ermənistanı Azərbaycanla yeni toqquşmaya sürükləmək istəyir. Əgər Ermənistan parlamenti Qarabağla bağlı təxribatçı dəyişikliyi qəbul etsəydi, Azərbaycan buna seyrçi qalmayacaqdı. Belə bir “dəyişikliyin” qəbulu iki ölkə arasında sülh sazişinin imzalanmasını da mümkünsüz edir. Erməni müxalifətinin məqsədi bəllidir. Onlar Nikol Paşinyanı Azərbaycanla yeni müharibəyə sürükləmək istəyirlər. Müxalifət bu müharibədən də Azərbaycanın qalib çıxacağını bildiyindən, bu yolla Paşinyanı devirməyi planlaşdırır. Öz növbəsində Paşinyan öz müxalifətinin planlarını pozmaqla məşğuldur”.

Qeyd edək ki, dekabrın 4-də Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Daimi Komissiyası Cinayət Məcəlləsinə Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliklərinə mənfi rəy verib.

Qanunvericiliyə dəyişiklikləri “Ayakve” vətəndaş-siyasi təşəbbüsü təklif edib.

Buna baxmayaraq, parlamentin qarşıdakı 4 günlük iclasının gündəliyinə qanunvericilik təşəbbüsü mənfi nəticə ilə daxil edilib.

Tarix
2023.12.05 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla