Yuxarı

Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı.

Axar.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - deyə o bildirib.

Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.

"Bu əlaqələr, diplomatik səylərimizin diqqət mərkəzində olmaqda davam edəcək", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq. O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.

Tarix
2023.12.05 / 23:29
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla