Yuxarı

Zurabişvili Əliyevi təbrik etmədi – Nazirlər əsəbiləşdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvili Əliyevi təbrik etmədi – Nazirlər əsəbiləşdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevi təbrik etməkdən çəkinməklə ölkəyə ziyan vurur.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın mədəniyyət və idman naziri Teya Tsulukiani deyib.

“Cənab Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan prezidentinin susması, məncə, dövlətimizə ziyan vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, bu, son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur. Gürcüstan hökuməti bu risklərin sığortalanmasına hər gün qayğı göstərir və bunun fonunda Ali Baş Komandan olan Prezident qonşumuzu, tərəfdaşımızı, dövlət dostumuzu seçkilərdəki qələbəsi münasibətilə təbrik etməkdən çəkinir. Bu, siyasi miopiyadır”, - Tsulukiani bildirib.

Onun sözlərinə görə, Zurabişvilinin məqsədi Azərbaycanla tərəfdaşlığı qorumaq və inkişaf etdirmək olmalıdır, lakin o, bunun əksini edir.

Gürcüstanın müdafiə naziri İrakli Çikovani də Zurabişvilini tənqid edib:

“Prezidentin bu istiqamətdə fəaliyyətsizliyi mənim üçün anlaşılmazdır, çünki hamı başa düşür ki, bizim Azərbaycanla strateji tərəfdaşlığımız və əməkdaşlığımız var. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirilməsinə dəfələrlə töhfə vermiş Azərbaycan rəhbəri ilə bizim xüsusi münasibətimiz mövcuddur. Digər tərəfdən, sadə diplomatik etiket tələb edir ki, bu cür təbriklər daha erkən edilsin”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev 92.12 faiz səs alaraq, növbəti dəfə Azərbaycan prezidenti seçilib. Gürcüstan Baş naziri Azərbaycan Prezidentinin ən erkən təbrik edənlər sırasındadır.

Tarix
2024.02.12 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin Naxçıvandakı baş konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla