Yuxarı

Erməni hərbçi öldürüldü, atəşkəs pozuldu... - Həbs edilən var

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni hərbçi öldürüldü, atəşkəs pozuldu... -

Ermənistanda "Torpaq Mühafizəsi" hərəkatının üzvü olan hərbçi Qor Asatryan fevralın 13-də qəflətən ölməyibmiş.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, istintaqın ilkin nəticələrinə görə, hərbçi Zəngilanda təxribat baş verən gün, yəni fevralın 12-də öldürülüb.

Məlumata görə, 40 yaşlı hərbçi mübahisədən sonra fevralın 12-nə keçən gecə güllələnib. Onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. artıq həbs edilib.

Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra eyni ərazidə atəşkəs pozulub. Həbs edilən hərbçinin bu əməlini ört-basdır etmək üçün atəşkəsi qəsdən pozduğu da istisna edilmir.

Xatıradaq ki, fevralın 12-də Zəngilan rayonu istiqamətindəki şərti sərhəddə baş verən erməni snayperinin təxribatı nəticəsində DSX-nin bir hərbçisi yaralanıb. Buna cavab olaraq DSX 13 fevralda qisas əməliyyatı keçirib, düşmənin sözügedən postunu dağıdaraq 4 erməni hərbçini məhv edib.

Tarix
2024.02.23 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla