Yuxarı

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu

14:28

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Axar.az xəbər verir ki, Edi Rama İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını ifadə etdi.

Edi Rama da öz növbəsində bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olundu.

Görüşdə ikitərəfli münasibətlərə toxunuldu.

Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.

Dövlətimizin başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini dedi.

Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edildi, Albaniyanın bu sahədə önəmli rolu qeyd olundu. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunuldu.

Söhbət zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tarix
2024.03.01 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla