Yuxarı

Azərbaycanın güclü olması bizi sevindirir - Tatar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın güclü olması bizi sevindirir - Tatar

Şimali Kipr Türk Cümhurriyyəti kommunikasiya texnologiyaları dövründə Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda (ADF-2024) iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Report-a bildirib.

Onun sözlərinə görə, əlaqələr bütün istiqamətlərdə genişləndirilməli və gücləndirilməlidir:

“Türkiyənin Azərbaycanla olan sarsılmaz birliyi, Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir. Biz mübariz Azərbaycan xalqını təqdir edirik. Cənab İlham Əliyev də hər zaman türk dünyasına böyük önəm verdiyini deyir. Türk dövlətlərinin bütün sahələrdə əlaqələrini genişləndirməsi gələcəkdə daha güclü olmamızın mesajını verir. Unutmamalıyıq ki, türk xalqları bütün dəyərləri ilə eyni ailənin ayrılmaz hissəsidir”.

Ərsin Tatar iyul ayında Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü ilə əlaqədar Azərbaycana səfər edəcəyini də vurğulayıb.

Tarix
2024.03.03 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla